news Image
2012.06.10
12:59
| A A A
Erməni generalları narahatdır
Birinci Qarabağ müharibəsinin iştirakçıları olan erməni generalları narahatdırlar. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistanda Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində son günlər baş verən insidentlə bağlı toplantı çağırılıb. Toplantıda Dağlıq Qarabağ mühahirəbəsinin iştirakçıları olan "qəhrəmanlar" iştirak ediblər. 

Onların arasında Ermənistanda "Komandos" ləqəbi ilə məşhur olan hərbi müfəttiş Arkadi Ter Tadevosyan, general Seyran Saroyan, deputat Arakel Movsisyan da olub. Toplantıda erməni generallar Erməni tərəfinin cəbhə xəttində kobud səhvlərə yol verdiklərini etiraf ediblər. Erməni generalların həyasızlığı o həddə çatıb ki, onlar cəbhə xəttində qeydə alınan son insidentlərdən sonra Azərbaycan tərəfini cəzalandırmağın vacibliyindən danışıblar. 

"Əgər müharibə başlayarsa bütün deputatlar varlı və kasıb olmağından asılı olmayaraq ayağa qalxacaq", - deyə Seyran Saroyan bildirib. Erməni jurnalistin Saroyana "həqiqətənmi varlı erməni deputatının təmas xəttinə göndərilməsi mümkündür?" sualı isə cavabsız qalıb. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs