news Image
2012.09.03
17:23
| A A A
“Ramil Səfərovun 3 milyard avroya Azərbaycana qaytarılması yalandır”
“Bu, sadəcə insanların uydurduğu xülyadır” "Macarıstan hökuməti Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə bağlı məsələdən qorxmur"

"Qafqazinfo"nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Macarıstan baş naziri yanında xarici məsələlər üzrə dövlət katibi Piter Szijjato "M1" telekanalına müsahibəsində bildirib.
"Macarıstan Ramil Səfərovun ekstradisiyasını beynəlxalq hüquq tələblərinə uyğun, Strasburq Konvensiyası çərçivəsində şəffaf şəkildə, heç bir məxfilik olmadan həyata keçirib".
Dövlət katibi Azərbaycan Ordusunun zabitinin 3 milyard avro qarşılığında vətənə qaytarılması iddiasının yalan olduğunu deyib: "Bu, sadəcə insanların uydurduğu xülyadır. Bu cür saziş olmayıb. Əgər Macarıstan hər hansı beynəlxalq razılaşmanı pozsaydı, bu, o zaman əsl qalmaqal olardı".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs