Bəşər Əsəd Rusiyaya qaçmağa hazırlaşır
Suriyada dövləti tabeliyində olan "Hələb TV"-nin keçmiş rəhbəri və prezident sarayının mətbuat ofisinin üzvü olan Abdulla Əl Ömər ölkədən qaçıb və maraqlı iddia irəli sürüb.
ANN.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsrail kanallarının birinə müsahibə verən Ömər Bəşər Əsədin Rusiyaya qaçmaq üçün hazırlıqlar gördüyünü bildirib.
Onun dediyinə görə, Rusiyada Əsəd və onun yüksək-rütbəli rəsmiləri üçün 300-dən çox mənzil hazırlanıb.
Suriya hökumətindən bir neçə gün əvvəl üz döndərən jurnalist Bəşər Əsəd və rus rəsmiləri arasındakı görüşlər haqda bildiyi məlumatları açıqlayacağını bildirib.