Əlaqə Arxiv
news Image
2012.09.07
20:52
| A A A
Azərbaycanda müəllim və həkimlərin müsabiqədən kənar işə qəbulu qadağan ediləcək
Azərbaycanda korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində təhsil və səhiyyə işçilərinin əməkhaqlarının artımı, onların sosial müdafiəsinin gücləndirilməsi planlaşdırılır.
"APA-ECONOMICS"in məlumatına görə, bu, prezident İlham Əliyevin təsdiqlədiyi "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulub.
Sənəddə korrupsiyaya qarşı mübarizə tədbirləri kimi təhsil və səhiyyə sistemində idarəetmə mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur. Bura təhsil müəssisələrində imtahan prosesində şəffaflığın artırılması, ali təhsil müəssisələrində şikayətlərə baxılmasının səmərəliliyinin artırılması aiddir. Bundan başqa, sənədə əsasən təhsil və səhiyyə sahəsindəki vakant iş yerləri barədə məlumat Təhsil və Səhiyyə nazirliklərinin internet səhifələrində yerləşdirilməli, bu vəzifələrə işçilər mərkəzləşdirilmiş imtahanlar və test vasitəsilə qəbul edilməlidir.
Eyni zamanda müəllimlərin və həkimlərin müsabiqədənkənar işə qəbulu qadağan ediləcək. Milli Plana əsasən buna yol verənlərə qarşı məsuliyyətin müəyyən edilməsi üzrə təkliflərin hazırlanacaq.
Sənəddə korrupsiyaya qarşı mübarizə üsullarından biri kimi, müəllim və həkimlərin əməkhaqlarının artırılmasına və sosial təminatının gücləndirilməsi də nəzərdə tutulur. Nazirlər Kabineti, Təhsil və Səhiyyə nazirlikləri bununla bağlı təklifləri 2012-2015-ci illər ərzində hazırlamalıdırlar.
Səhiyyə sahəsində həyata keçirilməsi nəzərdə tutulan digər yenilik isə səhiyyə sistemində icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar tədbirlərin sürətləndirilməsi olacaq.
Sizin Reklam Yeriniz