Türkiyənin yeni səfiri İsmayıl Alpər Coşqun Bakıdadır
Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri İsmayıl Alpər Coşqun Bakıya gəlib. Bu barədə APA-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfir etimadnaməsini Azərbaycan
prezidentinə təqdim etdikdən sonra rəsmən fəaliyyətə
başlayacaq.
Qeyd edək Ki, bu ilin aprel ayında Türkiyə prezidenti Abdullah Gül
İsmayıl Alpər Coşqunun Azərbaycanda səfir təyin edilməsi barədə
sərəncam imzalayıb.