Əlaqə Arxiv
news Image
2012.09.20
16:48
| A A A
“Ramil Səfərovun ekstradisiyası Avropa Birliyi qanunvericiliyi çərçivəsində həyata keçirilib”
"Cənubi Qafqazda gərginlik artıb, Ermənistan hökumətinin Ramil Səfərov məsələsi ilə bağlı sonuncu müharibə hədələri isə bu gərginliyi daha da artıra bilər".
Avropa Azərbaycan CəmiyyətindənAPA-ya verilən məlumata görə, bu bəyanatla Böyük Britaniya Parlamentinin İcmalar və Yerli Hökumət komitəsinin üzvü, deputat Bob Bləkmən çıxış edib. 
Bəyanatda bildirilir: "Regionda vəziyyəti alovlandırmaq istəyənlər Səfərovun azad olunması məsələsindən sui-istifadə edirlər, lakin biz yadda saxlamalıyıq ki, Ramil Səfərovun ekstradisiyası Avropa Birliyi qanunvericiliyi çərçivəsində həyata keçirilib. Münaqişənin daha da alovlanmasından hər bir cəhdlə qaçmaq lazımdır. Hər iki tərəf birgə masa arxasına keçməli və BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə əsasən sülh danışıqlarına başlamalıdır".
Sizin Reklam Yeriniz