news Image
2013.03.17
10:24
| A A A
Türkmənistan 2013-cü ildə qazın ixracını artırmağı planlaşdırır
Movqe.az-in RBK-yə istinadən verdiyi məlumatına görə, bununla bağlı, Türkmənistanın neft-qaz sənayesi və mineral ehtiyatlar nazirliyi xəbər yayıb.

"Ölkənin şərqində yerləşən Naipe və Baqadja qaz emalı kompleksləri yeni ilə güclü şəkildə daxil olub. Orada iş dayanmır, bütün günü fəaliyyət davam etdirilir" - deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən il 144 min ton sıxılmış qaz və böyük miqdarda qaz kondensatı istehsal edilib.
Türkmənistanın dəniz və çay nəqliyyatı dövlət xidməti sıxılmış qazın xüsusi konteynerlərdə Azərbaycana, Bakı limanından isə Batumiyə və ya Potiyə dəmiryol vasitəsilə çatdırılması imkanlarını öyrənir.

Sıxılmış qaz Gürcüstandan Rumıniyaya nəql ediləcək. Hazırda bununla bağlı Rumıniya ilə danışıqlar aparılır.

Bundan başqa, Türkmənistan Gürcüstandan Rumıniyaya qaz nəqlini nəzərdə tutan AGRİ qaz kəməri layihəsinə yüksək səviyyədə maraq göstərir.