Əlaqə Arxiv
news Image
2015.10.15
23:00
| A A A
2015-ci ildə 2 milyard mobil telefon satılacaq
2019-cu ildə dünya mobil telefonlar bazarının həcmi 2,24 milyard ədədə çatacaq ki, bunun da 2 milyardı smartfonlar sinfinə aid olacaq. Bu barədə "CCS Insight" analitik şirkətinin proqnozunda deyilir. Həmçinin bu il ekspertlər qlobal mobil telefon satışını 2,01 milyard ədəd, smartfonların isə 1,45 milyard ədəd səviyyəsində olacağını proqnozlaşdırırlar.

Çində tələbatın zəifləməsi ilə əlaqədar mütəxəssislər bazar üzrə proqnozu azaldıblar. Əvvəlki hesabatda 2015-2019-cu illərdə mobil telefonların tədarükünün müvafiq olaraq 2,07 və 2,35 milyard ədəd olacağı bildirilib.

Eyni zamanda ekspertlər "4G" şəbəkəsini dəstəkləyən qurğuların perspektivləri barədə optimist fikirdədirlər. 2015-ci ildə dördüncü nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən modellərin satışının 75 faiz artaraq 770 milyon ədəd təşkil etməsi, 2019-cu ildə 1,44 milyarda çatması proqnozlaşdırılır. "4G" telefonların tədarükü üzrə bundan əvvəlki proqnoz müvafiq olaraq 670 milyon və 1,29 milyard ədədi nəzərdə tutub.

Analitiklərin fikrincə, smartfon istehsalçılar arasında mədaxilə görə lider olan "Apple" şirkəti yaxın iki ildə bazardakı mövqeyini qoruya biləcək.

Digər istehsalçılar isə artmaqda olan rəqabət şəraitində müəyyən çətinliklərlə üzləşə bilərlər. Belə ki, mobil telefonların tədarükünə görə birinci yeri tutan "Samsung" şirkətini Çinin "Huawei", "Lenovo" və "Xiaomi" istehsalçıları getdikcə daha çox sıxışdırmağa başlayıb. 2015-ci ilin birinci yarısında şirkətlərin bu müddətdə 550 milyon satılmış "Android" sistemli smartfonlarda payı 21 faizə bərabər olub.
Yerli bazarda uğur qazanan Çin şirkətləri ölkədən xaricdə iştiraklarını genişləndirməyə çalışırlar. "CCS Insight"-ın proqnozuna görə, bu il "Android" mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların orta qiyməti 8 faiz azalaraq 164 dollar təşkil edəcək.
 
Həmçinin qeyd olunur ki, əsas lider platformalar "Android" və "iOS" digər əməliyyat sistemlərini sıxışdırır. Analitiklərin fikrincə, mövqeyini yalnız 2017-ci ilədək mobil telefonlar bazarında biznes istifadəçiləri sayəsində payı 4 faiz olacaq "Windows" sistemi qoruyub saxlaya bilər, - "DailyComm"  yazır.  
Sizin Reklam Yeriniz