Əlaqə Arxiv
news Image
2015.10.20
23:00
| A A A
Nazir: "Sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması inqilabi islahatdır"
"Nazirlik "Qaynar xətt" yaradılıb, sahibkarlıq subyektləri neqativ hallar barədə bura müraciət etməlidir"

"Sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması tarixi və inqilabi islahatdır".

Movqe.az-ın məlumatına görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, prezident İlham Əliyev tərəfindən verilən göstərişlərin hamısı yerinə yetirilməyib və bu istiqamətdə işlər davam etdirilir: "Qanunsuz yoxlama ümumiyyətlə aparılmamalıdır. Bununla əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi hələ altı ayın yekunlarına həsr olunmuş iclasda Prezident İlham Əliyev tərəfindən verilmiş göstərişlərə uyğun olaraq "Qaynar xətt" yaradılıb və sahibkarlıq subyektlərinə məlumat verilib ki, belə hallar olarsa, mütləq müraciət etsinlər".


Sizin Reklam Yeriniz