news Image
2013.02.25
17:58
| A A A
Adam vurmuş sürücü uzağa qaça bilmədi
Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Bakının Xətai rayonu ərazisində ölümlə nəticələnmiş yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçan sürücü müəyyən edilərək istintaqa cəlb olunub. Bu barədə Movqe.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Müəyyən olunub ki, fevralın 24-də saat 20:50 radələrində metronun "Həzi Aslanov" stansiyası yaxınlığında naməlum avtomobilin sürücüsü yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozub. Yolu keçən piyada, 1954-cü il təvəllüdlü Ruslan Hüseyn oğlu Əliyevi vuraraq hadisə yerindən qaçıb. Ruslan Əliyev aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yol-nəqliyyat hadisəsinin "Ford Tranzit" markalı "90-XX-672" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Vaqif Anatolyeviç Bakerov tərəfindən törədildiyi müəyyən edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir. Cinayət işi ilə bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Cinayətin törədilməsində şübhəli bilinən V.Bakerov tutularaq istintaqa cəlb olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs