Mövqe.az BBC-yə istinadən xəbər verir ki, Suriyanın ikinci böyük şəhəri olan Hələbdə meydana gələn partlayışda ən az beş nəfər həyatını itirib.
Suriyalı müxaliflərin verdiyi xəbərə görə, Suriya İnsan Haqqları adlı qurumun "Associated Press" Xəbər Agentliyinə verdiyi məlumata görə partlayış şəhərin bir avtoyuma servisində xidmətində meydana gəlib.
Hücum zamanı yaxınlıqdan keçən bir avtobusun hədəf alındığı söylənilib.
Hələbdə keçən cümə axşamı günü təhlükəsizlik güclərinin bir universitet yataqxanasında etdiyi basqında da ən az dörd adam həyatını itirib.
Paytaxt Şamda da baş verən iki partlayışda ölən və ya yaralanan olmasa da, maddi ziyan meydana gəlib.
Suriyada Ərəb Birliyi və Birləşmiş Millətlərin xüsusi nümayəndəsi Kofi Annanın vasitəçiliyi ilə başlayan atəşkəsə qarşı şiddətli hadisələri davam edir.
Ziba Yusifova
Movqe.Az