news Image
2019.10.15
17:05
| A A A
Qəbələdə 4 uşaq anası həyat yoldaşı tərəfindən döyülərək xəstəxanalıq oldu

Qəbələ rayonunda qadın həyat yoldaşı tərəfindən xüsusi amansızlıqla döyülüb.

Trend-in məlumatına görə, hadisə rayonun Solquca kəndində baş verib.

Kənd sakini, 1975-ci il təvəllüdlü Xalidə Dəmirova həyat yoldaşı 1973-cü il təvəllüdlü Eyvaz Dəmirov tərəfindən xüsusi amansızlıqla döyülüb.

Hadisə nəticəsində bədəninin müxtəlif hissələrindən xəsarətlər alan qadın Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xatırladaq ki, ailənin birgə nigahdan 4 övladı var.

Trend-in məlumatına görə, qadını döyən E.Dəmirov Qəbələ rayon Polis şöbəsinə çağırılaraq izahatı alınıb.

Faktla bağlı araşdırma aparılır.