news Image
2020.03.13
10:58
| A A A
Bakıda kafedə 31 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Mövqe.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, A.Mustafayev küçəsi 3 ünvanındakı "Qalaltı" kafesində qeydə alınıb.

Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü İbrahimov Gəncağa Qələndər oğlu müxtəlif bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Hüquq mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, 1984-cü il təvəllüdlü Natiq Ələkbərov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.