Bakıda gecə 17 yaşlı qız ailəsinə dəhşətli anlar yaşatdı
Bu gecə saat 03:00 radələrində Bakının Xətai
rayonunda 17 yaşlı qız ailəsinə dəhşətli anlar yaşadıb. Rayon Polis
İdarəsindən Movqe.az-a verilən məlumata görə, H.Əliyev küçəsi
18 ünvanında yaşayan 1996-cı il təvəllüdlü S.Z. çoxlu dərman
preparatı qəbul eidb. Onu yatağında huşsuz tapan doğmaları qızı
dərhal xəstəxanaya çatdırıblar. Həkimlərin səyi nəticəsində qızın
həyatını xilas etmək mümkün olub. Lakin 17 yaşlı S.Z-a hələ də
xəstəxanadadır və onun vəziyyəti orta ağırdı.
Hüquq-mühafizə əməkdaşları qızın canına qıymasının səbəblərini araşdırır.
Hüquq-mühafizə əməkdaşları qızın canına qıymasının səbəblərini araşdırır.