news Image
2012.08.27
10:25
| A A A
Ayın fatehi öldü -FOTO

Ayın səthinə ilk ayaq basan insan – amerikalı astronavt Nil Armstronq avqustun 25-də 82 yaşında vəfat edib. Lent.az-ın Reuters-ə istinadən məlumatına görə, astronavtın ölümünün səbəbi bu ayın əvvəlində koronar artiyalarda aparılmış cərrahiyyə əməliyyatından sonrakı ağırlaşma olub. 1969-cu ilin iyulunda Armstronq, Ayın səthinə enmək tapşırığı almış "Apollon-11" kosmik gəmisinin ekipajına rəhbərlik edirdi. 1969-cu il iyulun 20-də Nil Armstronq tarixdə Ayın səthinə ilk ayaq basmış insan oldu. Tərəfdaşı Edvin Oldrinlə bərabər o, Yerin təbii peykində 2 saat yarıma qədər vaxt keçirdi. Nil Olden Armstronq 1930-cu il avqustun 5-də Ohayo ştatının Vapakoneta şəhərində anadan olub. Hərbi xidməti ABŞ hərbi dəniz qüvvələrinin tərkibində keçib. Xidmət zamanı 1951-1952-ci illərdə Koreya müharibəsində iştirak edib və 78 döyüş uçuşu keçirib. Hərbi xidmətdən sonra o, sınaqçı-pilot kimi fəaliyyət göstərib. 1962-ci ildə NASA-nın astronavtlar qrupuna daxil edilib. 1966-cı ildə "Cemini-8" missiyasının tərkibində kosmosa ilk uçuşunu edib. 1971-ci ildə Armstronq NASA-dan ayrılıb, müəllimlik və biznes fəaliyyətilə məşğul olub.