Əlaqə Arxiv
news Image
2012.09.12
11:09
| A A A
Oğuz rayonunda baş verən yol qəzalarında 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Oğuz rayonunda 3 nəfərin ölümü ilə nəticələnən iki yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi idarəsinin təhqiqat və istintaq bölməsindənAPA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisələrdən biri bu gecə saat 02.00 radələrində, Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 120-ci kilometrliyində, Oğuz rayonu Bucaq kəndi ərazisində qeydə alınıb. 1976-cı il təvəllüdlü, Şəki rayon sakini Tərlan Mustafayev idarə etdiyi "Mercedes" markalı, 55 BJ 231 dövlət nömrə nişanlı avtomobil hərəkət istiqamətini itirərək yolun kənarındakı ağaca çırpılıb. Nəticədə Tərlan Mustafayev və avtomobildə olan digər sərnişin, onun əmisi oğlu Rəhman Mustafayev aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər. 

Oğuz Mərkəzi Rayon Xəstəxanasının (MRX) Təcilli Yardım Şöbəsindən APA-ya daxil olan məlumata görə, ölümlə nəticələnən daha bir yol qəzası sentyabrın 11-i saat 21.00 radələrində rayonun Cincam kəndi ərazisində baş verib. Yol qəzasında 1986-cı il təvəllüdlü Bakı şəhər sakini Cabrayılov Elmir Kərəm oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Qəza nəticəsində xəsarət alan daha iki nəfər isə Qəbələ MRX-yə yerləşdirilib. 

Hər iki faktla bağlı DİN-in Baş Dövlət Yol Polisi idarəsinin təhqiqat və istintaq bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.
 
Sizin Reklam Yeriniz