news Image
2012.10.01
15:01
| A A A
ARDNŞ Bakı Neft Emalı Zavodunda qəza baş verməsi ilə bağlı məlumatları təkzib edib
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda qəza baş verməsi barədə məlumatları təkzib edib.

"APA-ECONOMICS"ə şirkətdən verilən məlumata görə, zavodda partlayışın baş verməsi və burada ölən və yaralananların olması ilə bağlı yayılan məlumatlar doğru deyil. Şirkətin rəsmi açıqlamasına görə, BNEZ-in 55 saylı katalitik krekinq qurğusu sentyabrın 28-dən təmirə dayandırılıb. 

"Təmir prosesində sistemdəki qaz boşaldılan zaman borunun içərisində olan kükürdlü birləşmələrin hava ilə təması nəticəsində bir qayda olaraq borunun ağzında yüngül partlayış görüntüsü yaranır. Odur ki, təmir zamanı yanğınsöndürən maşınların qurğunun yanında növbə çəkməsi texnoloji prosesin tərkib hissəsidir", - deyə məlumatda bildirilir. 

Bununly yanaşı bildirilir ki, oktyabrın 1-də 55 saylı qurğunun məşəl xəttində siyirtmənin dəyişdirilməsi zamanı belə bir gurultu qeydə alınıb: "Buna baxmayaraq, ətraf mühitə və insanlara heç bir ziyan dəyməyib, yanğın baş verməyib. Qurğuda təmir işləri davam etdirilir".