news Image
2013.02.12
16:46
| A A A
Ən xeyirli "fast food" dönərdir?

Alman kanalı "Pro 7"də nəşr olunan Galileo proqramı ən xeyirli "fast food" olaraq dönəri seçib. "Movqe.az"ın məlumatına görə Alman Pro 7 televiziyasında yayımlanan Galileo proqramı, bazar axşamı yayımlanan proqramında "Ən xeyirli  fast food hansıdır" sualına cavab axtarıb. Yağ kalori nisbətləri müqayisədə  ən xeyirli "fast food"un dönər olduğu vurğulanıb. Proqramda həmçinin Almaniya daxilində 1400 McDonalds, 700 Burger King, 600 Subway şöbəsi olduğu, bununla yanaşı 16 min dönərçi olduğuna diqqət çəkilib. Edilən müqayisədə dönər, hamburger, buterbrod kimi fast food yeməklərinin kalori nisbətləri nəzərə alınıb​​. Qəbul edilən nəticəyə görə hamburger kartof qızartmasından ibarət olan menyu təxminən 1000 kaloridir. Həmçinin bu yeməkdə 50 qram yağ var. Çörək arası dönər 600 kalori 35 qram yağ ehtiva edir. Yəni kalori miqdarı az qala yarısı qədərdir.