news Image
2017.05.26
16:37
| A A A
Stalini idarə edən SEHRBAZ QADIN: liderin caduladığı vəzifəlilər və qəlyanlı FOTONUN SİRRİ

Bir sıra dünya liderlərinin yanında sehrbazların, ekstrasenslərin fəaliyyət göstərdiyi haqda məlumatlar var.
Movqe.az publika.az-a istinadən xəbər verir ki, SSRİ rəhbərləri də ekstrasenslərin köməyindən kifayət qədər istifadə edirdi.
Stalin isə bu liderlər arasında xüsusi seçilir. Onun əsas sehrbazı Qeorqi Qurdjiyev idi. Məlumatlara görə, Stalinlə Qurdjiyev Tiflisdə dini seminariyada bir yerdə oxuyublar. Hətta İosif Cuqaşvili ilə Qurdjiyevin hansısa “Şərq qardaşlığı” adlı gizli cərəyanın üzvü olması haqda da fərziyyələr mövcuddur. Stalin SSRİ-nin rəhbəri olanda da keçmiş dostunun sehrbazlıq qabiliyyətindən istifadə edib.
1930-cı illərdə isə Stalin Serqey Kirova güclü sehrbaz tapmağı tapşırır. Kirov bu işi “Ayı” ləqəbli leninqradlı agentə həvalə edir. Axtarışlar nəticəsində Natalya Lvov adlı birini tapırlar. Bu qadın istənilən insanı öz iradəsinə tabe etməyi və onu istənilən hərəkətə sövq etməyi bacarırdı. Stalinin gizli əmri ilə Natalya Lvov Moskvaya gətirilir və “məsləhətçi” vəzifəsinə təyin edilir. Sehrbaz qadının məsləhəti ilə Stalin ilk növbədə öz doğum tarixini dəqiq göstərmir. Qadın sehrbazın fikrincə, doğum tarixini dəqiq göstərmək bədxahların Stalinə cadu etməsinə imkan yarada bilərdi. Bununla yanaşı, onun tövsiyəsi ilə Stalin şəkil çəkdirməkdən və rəssamlara poza verməkdən imtina edir. Versiyalara görə, Stalinin portretlərindəki adamların əksəriyyəti onun oxşarları olub. Rəhbərin yalnız bir orijinal şəkili mövcuddur. Bu şəkildə də Stalin profildən çəkilib, gözləri bağlıdır, ağzında isə qəlyan var. Bu şəkilə sehrli təsir göstərmək mümkün deyil. Birincisi, göz görünmür, ikincisi qəlyan qoruyucu aura yaradır.
İddialara görə, Stalin başqalarının yanında təsadüfən qəlyan çəkmirdi. Məqsəd qoruyucu aura yaratmaq və kənar təsirlərin qarşısını almaq idi.
Natalya Lvov Stalinin siyasi rəqiblərini neytrallaşdırmağa hesablanmış sehrli mərasimlər də keçirirdi. Nəticədə rəqiblər tez-tez səhvlərə yol verirdilər.
Natalya Lvovun Stalinin “məsləhətçisi” təyin olunandan qısa vaxt sonra Kirov öldürüldü. Daha sonra “Ayı” ləqəbli agenti Kirovun qətlində günahkar kimi güllələdilər. Əslində bu, Natalya Lvovu tanıyan hər iki şəxsin aradan götürülməsi və sirrin qorunması idi.
Stalinin heç bir səbəb olmadan gözlənilməz kadr dəyişiklikləri yerinə yetirməsində də qadın sehrbazın rolunun olduğu deyilir. Stalinin belə qərarları Natalya ilə növbəti “seans”dan sonra verdiyini deyən şahidlər də var. Ehtimal ki, qadın sehrbaz Stalinə kimi hansı vəzifəyə qoymaq, kimi oyundan kənarlaşdırmaq haqda məsləhətlər verirdi. Natalya Lvov haqda çox az məlumat var. Qadın bir gün qəfil yoxa çıxdı, ehtimal ki, dövlət sirlərini bilən sehrbazı “aradan götürmüşdülər”.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs