Əlaqə Arxiv
news Image
2018.08.02
09:38
| A A A
Müəmmalı ölümlər: onları anmağa gələn yaxınlarının həyatına SON QOYAN RUHLAR

Rusiyada aprel ayında baş vermiş müəmmalı ölüm hadisələri insanları şoka salıb.
Movqe.az publika.az-a istinadən xəbər verir ki, Başqırdıstanda 4 dost ötən il suda boğulmuş dostunu anmaq üçün həmin yerə gəliblər. Dostlardan biri suya girib mərhumun batdığı yerə doğru çələng üzdürmək istəyib. Tezliklə özü boğulmağa başlayıb, dostları onu xilas edə bilməyiblər.
Stavropolda da bənzər hadisə baş verib: aprelin əvvəlində tibb kollecində oxuyan gənc qız meşədə asılmış vəziyyətdə tapılıb. Əvvəlcə intihar olduğu düşünülsə də, sonra qızın üzərində şiddət əlamətləri aşkarlanıb. Bundan təxminən on beş gün sonra qızın tələbə yoldaşının da həmin yerdə asılmış bədəni tapılıb. Oğlanın ayağı həm də qırılmış vəziyyətdə olub.
Novosibirskdə isə 45 yaşlı kişi atasının qəbri üstündə ölüb. “Valideynlər günü”ndə anası ilə atasının qəbrini anası ilə birgə ziyarət edən kişinin birdən-birə vəziyyəti pisləşib. Anası təcili yardım çağırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Sizin Reklam Yeriniz