Əlaqə Arxiv
news Image
2017.07.26
11:57
| A A A
Dələ 45 mindən çox sakini, məktəb və müəssisələri işıqsız qoydu

ABŞ-da Kaliforniyanın San-Diyeqo şəhərində dələ bütün şəhəri işıqsız qoyub.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, dələnin törətdiyi qəza nəticəsində yalnız 45,5 min sakin deyil, həmçinin şəhərdə məktəb və müəssisələr də işıqsız qalıb.

İnsident gündüz saatlarında baş verib - əsas ötürücü xəttə çıxan dələ elektrik naqilini zədələyib.

Təxminən 1 saatdan sonra müvafiq xidmət əməkdaşları şəhərdə elektrik enerjisinin verilişini bərpa edə biliblər.

Sizin Reklam Yeriniz