news Image
2013.02.27
15:28
| A A A
Psixoloqlar təsdiq ediblər ki, oxşar insanlar nadir hallarda birlikdə yaşaya bilirlər

Kolumbiya Universitetinin tədqiqatçıları iddia edirlər ki, bütün məsələlərdə razılığa gələn insanlar özlərini bir-birilərinin yanında  heç də rahat hiss etmirlər. İlk baxışdan edal görünən Ricard Byorton və Elizabet Teylor, Bret Pit və Cennifer Eniston nigahları nəticə olaraq dağılıb.Alimlər bunu nigahda  olan tərəflərin çox bənzər olmaları ilə izah edir. Bu isə, onların birlikdə yaşamalarına əngəl törədir. 

Üç il ərzində ABŞ-ın Səhiyyə nazirliyinin keçirdiyi psixoloji tədqiqatda 700 kişi və qadın iştirak edib .Onlara birgə həyatları, yaxınlıq səviyyələri, ümumi məqsəd və maraqları barədə suallar verilib. Aydın olub ki, bir-birinə çox bənzər olmayan, lakin artıq dərəcədə fərqlənməyən cütlüklər ən xoşbəxt və möhkəm ailəyə sahibdirlər. Psixoloqlar təsdiq edirlər ki, nigahda olan tərəfdaşlar bir-biriləri ilə emosional yaxınlıqda qızıl orta tapmalıdırlar.


Tədqiqatı aparan professor Devid Frost ( David Frost) bildirir: "Bir çox cütlüklər emosional yaxın ola bilərlər, lakin onlar,  aralarındakı psixoloji məsafəyə baxmayaraq, xoşbəxtdirlər. Birlikdə çox vaxt keçirmək, eyni maraq dairəsinə malik olmaq əsas şərt deyil. Əsas odur ki, siz özünüzü rahat hiss edəsiniz. Əgər siz  daha yaxın olmaq və ya əksinə, çox uzaq olmağa can atırsınızsa, onda, münasibətlərinizi korlamaq ehtimalınız var".


Belə qənaətə gəlmək olar ki, hər kəs üçün xoşbətliyin ideal resepti yoxdur. Hər bir cütlüyün onları qane edən yaxınlıq dərəcəsi var.


"Personality and Social Psychology Bulletin" jurnalında çıxan məqalədə tədqiqatçılar qeyd edirlər ki, bu konsepsiya təkcə sevgililər, deyil, eyni zamanda, uşaqlar və valideynlər, kolleqalar və həttə dostlar arasında olan münasibətlərə də aiddir.