Əlaqə Arxiv
news Image
2013.03.04
11:53
| A A A
HİV virusuna yoluxmuş körpəni sağaltdılar

BBC-nin verdiyi məlumata görə, Amerika Birləşmiş Ştatlarında  həkimlər HİV virusu ilə doğulmuş körpəni  erkən mərhələdə adi dərmanların köməyilə sağaltmağa nail olublar.

Bu haqda Con Hopkins Universitetinin alimləri, 3 mart tarixində keçirilmiş konfransda məlumat veriblər. Həkimlər iddia edirlər ki, Missisipi ştatında 2010-cu ildə HİV virusu ilə doğulan qız uşağını adi dərman terapiyası ilə sağaldıblar. 

Körpəyə standart antiretrovirus terapiyası ilə eyni vaxtda 3-4 güclü təsiredici dərman təyin edilib. Körpəyə müalicəni həyatının ilk 30 saatında başlayıblar. Halbuki, HİV viruslu uşaqlara terapiya doğuşdan, yalnız 4-6 həftə sonra həyata keçirilir.

Hal-hazırda qızın 2,5 yaşı var və o, artıq bir ildir ki, dərman qəbul etməsə də, özünü sağlam hiss edir.

 HİV-lə doğulan digər uşaqlara da bu cür müalicənin effektiv olub-olmayacağını araşdırmaq üçün Universitetdə daha bir sıra təcrübələrin keçirilməsinə hazırlaşırlar.

Əgər qız sağlam qalsa, bu, insan immunçatışmazlığı virusundan sağalma tarixində qeydə alınmış ikinci hadisə olacaq.

Birinci HİV-dən sağalma hadisəsi 2007-ci ildə Berlində qeydə alnıb. Belə ki, həmin vaxt həkimlər virusa yoluxmuş kişiyə sümük iliyi köçürməli olmuşdular.









Sizin Reklam Yeriniz