news Image
2013.03.04
16:00
| A A A
"Google"dan Makebaya loqo

"Google" bu gün ana səhifəsində yer verdiyi loqo ilə Cənubi Afrikalı insan hüquqları müdafiəçisi və müğənni Miriam Makebanın ad gününü qeyd edib. 2008-ci ildə İtaliyada vəfat edən Makebanın  bugün 81 ili qeyd olunub. Movqe.Az-ın məlumatına görə, həyatı boyunca Cənubi Afrikada ayrı-seçkiliyə qarşı mübarizə aparan müğənni Miriam Makebaya ad günündə "Google" loqo hədiyyə edib. Cohannesburq şəhərində 4 mart 1932-ci il tarixində doğulan Makeba, Cənubi Afrikanın seçki ilə iqtidara gələn ilk dövlət başçısı Nelson Mandela kimi ölkəsinin insan hüquqları müdafiəçilərindən biri olaraq tanınıb. Cənubi Afrika hökuməti, 1960-ci ildə ölkə xaricindəki gəzintilərindən donra ölkəsinə dönmək istəyən Makebannın passportunu etibarsız edib. Makeba, ölkəsinə ancaq Nelson Mandelanın 27 il davam edən həbsxana günlərinin sona çatdığı 1990-cı ildə geri dönə bilib.