news Image
2013.03.05
16:29
| A A A
Şərhçi canlı yayımda yerə yıxılıb
Movqe.az xəbər verir ki, Ukraynada "Futbol Live" adlı televiziya proqramında keçmiş futbolçu idman şərhçisi Oleq Salenko, canlı verilişdə yerə yıxılıb. Ukraynada ən çox izlənilən üç nəfərin təqdim etdiyi idman proqramında Salenko tarazlığını itirərək qəflətən yerə yıxılıb. Digər iki şərhçi heç bir şey olmamış kimi proqrama davam edən zaman zərər çəkmiş Salenko, "Bu travmadır. Çünki dünən axşam çox qaçmışam" deyərək düşmə səbəbini izah etməyə çalışıb. Mətbuatda çıxan bəzi iddialara görə, idman şərhçisi canlı yayımdan əvvəli spirtli içki qəbul edib. Salenko 1990-cı illərdə Rusiyanın milli komandasında oynamış 1994 Dünya Futbol Çempionatında ən yaxşı hücumçu seçilmişdi.