Əlaqə Arxiv
news Image
2017.10.17
14:15
| A A A
Dünyada ilk milli elektron valyuta Azərbaycanda yaradılır

Artıq dünya yeni mərhələyə qədəm qoyub. Rəqəmsal texnologiyalar getdikcə bütün sahələri əhatəsinə alır. Bu gedişatın bir çox özəllikləri və bizim üçün sözün həqiqi mənasında fantastik görünə biləcək tərəfləri var. Məsələn, elektron pul - kriptovalyuta. Artıq dünyanın aparıcı dövlətləri yeni rəqəmsal ödəniş vasitələrinin işlənilməsi və təcrübəyə yönəldilməsi prosesinə start verib. Dünya hələlik elektron pul kimi əsasən, Bitcoin(Bitkoin)i tanıyır və bu kriptovalyuta getdikcə daha da populyarlaşır. Əslində, elektron pul bazarında hazırda bir neçə koin nümunəsinə rast gəlmək mümkündür. İnkişaf etmiş və inkişafa meyilli olan ölkələr artıq öz milli koinlərinin istehsalına başlanılması mərhələsinə qədəm qoyublar. Yaponiya kimi güclü iqtisadi dayaqlara malik dövlət bütünlüklə kriptovalyutaya keçid etmək əzmindədir və artıq bu proses demək olar yekun mərhələyə yönəlib. Avropa ölklərinin bəzisində koin banklar və marketlər fəaliyyətə başlayıb.

Bu günlərdə Rusiyanın Rabitə və kütləvi kommunikasiyalar naziri Nikoyay Nikiforov da kriptovalyuta istehsalına başlayacaqları barədə rəsmi açıqlama verdi. Bu təşəbbüsün Rusiya prezidenti Vladimir Putindən gəldiyini deyən nazir ktiptorubl istehsalına qısa müddət ərzində başlayacaqlarını və bu prosesin az bir vaxt aparacığını da əlavə edib.

Qeyd edək ki, Azərbaycanda da milli kriptovalyutanın ərsəyə gətirilməsinin zəruriliyi barədə fikirlərə rast gəlinir. Bu prosesinin özəllikləri, Azərbaycan reallığında tətbiqi, mümkün standartlar və digər detallar barədə isə ilk dəfə Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının müdiri Sabit Fətizadə danışmışdı. O, bu ilin may ayının 10-da mətbuata verdiyi müsahibədə bank mütəxəssisi olaraq dünyada gedən prosesləri, kriptovalyutanın üstün tərəflərini və dünya ölkələrinin rəqəmsal valyutaya göstərdiyi marağı təhlil edərək qeyd etmişdi ki, Azərbaycan bu  prosesdən kənarda qalmamalı və hətta dünya ölkələri arasında özünün milli koinini yaratmış ilk ölkə kimi tarixə düşməlidir.

Açığı Rusiyanın milli rəqəmsal valyuta istehsalına başlayacağı barədə açıqlama ilə tanış olarkən, Azərbaycanın daha bir ilkə imza atmaq imkanını itirdiyini düşündük. Lakin sırf təsədüf nəticəsində bildik ki, Azərbaycanda mili koinin yaradılması işi Rusiyadan əvvəl başlayıb və artıq bu kriptovalyutaya ad da verilib. Məlum olub ki, bu il sentyabrın 30-dan etibarən Azərbaycanın internet məkanına "azcoin.az" adlı sayt daxil olub. Saytın giriş hissəsində açıq və aydın şəkildə yazılıb: "Azərbaycanda ilk kriptovalyuta - AzKoin". Saytın yaradıcıları əsas məqsəd kimi aşağıdakı qeydləri yerləşdiriblər: "Qloballaşan dünyada insanların rifahının yaxşılaşdırılması, yeni zamana sərhədsiz və məhdudiyyətsiz daxil olmaq, məişət sahəsində həyata keçirilən əməliyyatların sürətləndirilməsi, lokal və qlobal səviyyədə elektron, simsiz və optik şəbəkələrlə hiper mübadilələr etmək".

 

AzKoin adlı milli kriptovalyutanın yaradılması prosesinə start verildiyini deməyə əsas verən qeydlər isə bunlardır: "Digər kriptovalyutalardan fərqli olaraq, AzCoin(AzKoin) Azərbaycan dövlətçiliyinə, onun inkişafına xidmət etmək və xalqımızın qloballaşan rəqəmsal dünyaya inteqrasiyasını təmin etmək üçün yaradılır".

Azcoin.az hələlik tam fəaliyyətə başlamayıb. Pilot layihə kimi təqdim olunan AzKoinin yaradıcıları saytda azalmağa doğru hərəkət edən sayğac yerləşdirərək qeyd ediblər ki, sayt yaxın günlərdə onlayn rejimdə fəaliyyətə başlayacaq.

Beləliklə, Azərbaycan milli kriptovalyutanın yaradılması işində də dünya ölkələri arasında ilk nümunə yarada bilib. Bu vaxta qədər elektron valyuta bazarında müxtəlif adda koinlərə rast gəlinsə də, ölkə adı ilə kriptovalyuta nümunəsi hələ olmamışdı. Rusiya bu prosesə təkan verdiyini oktyabrın 14-də elan etsə də, Azərbaycanda milli elektron valyutanın ərsəyə gətirilməsi işi bundan 2 həftə əvvəl - sentyabrın 30-da başlayıb.

milli.az

Sizin Reklam Yeriniz