news Image
2013.03.06
16:34
| A A A
"Ikea" kekslərin satışını da dayandırdı

Tərkibində at ətinə rast gəlinən küftə və sosiska satışını dayandıran "Ikea"nın badamlı keksından da bakteriya çıxıb. İsveçin mebel istehsalçı firması "Ikea", aralarında Almaniyanın da olduğu 23 ölkədəki mağazalarında badamlı keks satışının dayandırıldığını açıqlayıb. Movqe.Az Çində nəşr olunan "Şanxay Daily" qəzetinə istinadən bildirir ki, çinli mütəxəssislərə göndərilən kekslərdə yüksək miqdarda kolibasilin bakteriyasına rast gəlinib. Bu xəbərlə bağlı "Ikea" açıqlama edib. "Ikea" açıqlamasında, noyabr ayında Çin gömrük səlahiyyətlilərinin "Taarta Chokladkrokant" növündəki 1800 keksi bazardan geri çəkmiş olduğunu xatırladıb. "Ikea"dan bir spiker də bu kekslərin qətiliklə mağazalarda satışa göndəmədiklərini söyləyib. Şirkətin Çin spikeri Yla Maqnuson da "Tapılan bakteriyaların insan sağlamlığına zərərli olmadığını bilirik" deyib. Almaniyadan verilən xəbəbrə görə isə, Çinə göndərilən kekslərin Almaniyadakı "Ikea" mağazalarında da satışa təqdim edilib-edilmədiyini araşdırıldıqlarını və keks satışının həqiqətən dayandırıldığı açıqlanıb. "Ikea", sosiska və küftələrində at əti təsbit edilməsi üzrə 25 ölkədəki mağazalarında bu məhsulların satışını dayandırıb.