news Image
2013.03.06
18:18
| A A A
İranlı qadınların yarıçılpaq etirazı

İranlı aktivist qadınlar İsveçin paytaxtı Stokholmda yarıçılpaq nümayiş təşkil ediblər. Çılpaq etirazları ilə tanınan ukraynalı qrup "FEMEN"dən ilhamlanan və İsveçdə yaşayan iranlı qadın aktivistlər İran rəhbərliyinin qadınlara zorla hicab geyindirməsinə qarşı soyunaraq etiraz ediblər. Qadınlar bədənlərinə "çıplaqlığım mənim etirazım" və "hicaba yox" yazaraq etirazlarını göstəriblər. İran Kommunist Partiyası və İran Qadına İstiqamətli Şiddət Əleyhdarı Təşkilatı tərəfindən "8 Mart Dünya Qadınlar Günü" əvvəli təşkil edilən nümayişin videosu "FEMEN"in rəsmi internet saytında da yerləşdirilib.