Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
"Üzsüz" qıza üz düzəldiləcək
 
 
news Image
2013.03.07
17:07
| A A A
"Üzsüz" qıza üz düzəldiləcək

ABŞ-ın Şimali Karolina ştatında göz və burnu olmadan dünyaya gələn 16 yaşındakı Kassidi Huperə 15 gün içində yeni bir üz ediləcəyi açıqlanıb. Movqe.Az-ın məlumatına görə, Şarlotte şəhərindəki "Levine" uşaq xəstəxanasından verilən məlumata görə, Kassidiyə başından alınacaq sümük və qığırdaqlarla gerçək bir burun düzəldiləcək. Beləcə Huper doğulduğu gündən bəri ilk dəfə burnundan nəfəs ala biləcək və ətrafını qoxlaya biləcək. "ABC News" kanalının xəbərinə görə, üzündəki çatışmazlıqlar xaricində heç bir sağlamlıq problemi olmayan Kassidinin üzündə göz və burun dəlikləri açmaqla 11 yaşından etibarən dəfələrlə əməliyyat edilib. Həkimlər bu əməliyyatlarda artıq son mərhələyə çatıblar. Buna görə gənc qızın açılan burun dəliyinə qığırdaq və sümükdən gerçək bir burun hazırlanacaq. Kassidinin göz boşluqlarına daha əvvəl qoyulan, ancaq gənc qızın böyüməsi ilə istifadə edilməz hala gələn protez gözlərin yerinə də yeni protezler qoyulacaq.