Əlaqə Arxiv
news Image
2017.10.30
21:40
| A A A
"iPhone X"in görüntülərini yayan qızın atası "Apple"dən qovuldu - FOTO

Bu ilin sentyabr ayında "Apple"nin ən son modeli olan "iPhone X" təqdim olunub. Lakin modelin noyabr ayında satışa çıxarılacağı deyilib.

Movqe.az milli.az-a istinadla bildirir ki, atası "Apple"də işləyən bloqer Amelia Peterson sosial şəbəkəyə yüklədiyi videoda iPhone X-in mediaya bəlli olmayan xüsusiyyətlərini açıqlayıb. Video qısa zaman sonra slinib.

Ötən gün Yutub-da yayım edən bloqer bildirib ki, videodan sonra atası Kaliforniyadakı "Apple" şirkətindən qovulub. O, bu işdə atasının günahsız olduğunu dilə gətirib.

Sizin Reklam Yeriniz