news Image
2013.03.12
15:31
| A A A
Yaponlardan daha bir kəşf
Movqe.az xəbər verir ki, nüvə stansiyalarını müvəqqəti olaraq bağladıqdan sonra enerji sahəsində xaricdən asılı olan bir ölkə halına gələn Yaponiya, dəniz altında olan metan hidratdan təbii qaz əldə etməyi bacarıb. Alternativ enerji qaynaqları üzərində araşdırma aparan Yaponiya, əhəmiyyətli bir irəliləyişə nail olub. Tokio, ölkənin ətrafında yoğun olan metan hidratdan qazı əldə etməyi bacarıb. İqtisadiyyat, Ticarət Sənaye Nazirliyindən bir rəsmi, "Müəyyən bir miqdarda metan qazı əldə etməyi bacardıq." deyib. Ölkənin ətrafındakı qaynağın, ölkənin 100 illik daxili tələbatını qarşılayacaq miqdarda olduğu vurğulanıb. Yaponiya ekspertləri, metan hidratdan ilk dəfə qazı əldə edildiyini bildirib. Metan hidrat, metan suyun birləşməsindən əmələ gəlir. Dəniz təbəqəsinin altında qatı halda mövcuddur.