news Image
2013.03.12
15:49
| A A A
Kahının faydalı xüsusiyyətləri

Tərkibindəki  B qrupu, E və K vitaminlərinin, karotin, askorbin turşusu, dəmir, kalsium, fosfor, yod, kobalt, sink və maqneziumun zənginliyinə görə kahıya, sözün əsl mənasında möcüzəvi tərəvəz demək olar. 


Kahı şirəsinin tərkibində 30 faizədək kalium olduğundan ürək əzələlərinin işini yaxşılaşdırır, onun tərkibindəki fol turşusu və xlorofil eritrositlərin və hemoqlabinin yaranmasını stimullaşdırır, qanın tərkibindəki artıq xolesterinin səviyyəsini aşağı salır.


Sakitləşdirici, yuxugətirici xüsusiyyətlərə malikdir. İştahı açır, həzmi  asanlaşdırır, qəbizliyi aradan qaldırır, bədəndəki zərərli maddələri xaric edir. 


Kahı mədə-bağırsaq sistemi və qaraciyər üçün də çox faydalıdır. Sarılığa qarşı təsirlidir. Hipertoniya, ateroskleroz və qalxanvari vəzi xəstəliklərinin öhdəsindən gəlməkdə kömək edir. Sümük əriməsi və revmotizmdə xeyirlidir. 


Qanda şəkərin miqdarını saldığına görə, kahıdan şəkərli diabet xəstələrinin istifadə etməsi məsləhət görülür. Piylənmə, pəhriz qidalanmasında kahının çox böyük faydası var.


Kahının xırdalanmış toxumlarının sulu məhlulu süd verən anaların südünü artırır.


Bu misilsiz tərəvəzdən kosmetologiyada da geniş şəkildə istifadə olunur. Kahının suyu dərini bəsləyir, ona təzəlik verir, sızanaqları aradan qaldırır. Sıyığı yanıqlara və çibanlara effektiv təsir göstərir.