news Image
2013.03.12
10:24
| A A A
Bu gün ürəyinizdə arzu tutun
Movqe.az bildirir ki, adını 2001-ci ildə onu kəşf edən Havaydakı Pan-Starrs teleskopundan alan komet (quyruqlu ulduz) şimal yarımkürəsi səmalarından keçişi əsnasında səmanı aydınladıb. Amerika Kosmos Aviasiya Dairəsi NASA-nın yayımladığı bu fotoşəkildə, Qərbi Avstraliyadakı "Dale" dağından "Pan-Starrs"ın keçişi görülüb. NASA, öncəki gün, kometin Günəşə 45 milyon kilometr məsafədən ən yaxın keçişini etdiyini açıqlayıb. Quyruqlu ulduz, bu gün gözlə görülə biləcək. Elm adamları, "Pan-Starrs"ın hər gecə daha gec daha uzaqda meydana çıxmağa davam edəcəyini, Aprelə doğru yalnız böyük teleskoplarla görülə biləcək qədər uzaqlaşmış olacağını bildirib.