news Image
2013.03.12
17:03
| A A A
Mumyalarda xəstəlik aşkarlanıb
Movqe.az xəbər verir ki, edilən yeni bir araşdırma müasir dövrün xəstəliyi olaraq bilinən ürək tutmasının keçmiş insanlarda da olduqca geniş yayılmış olduğunu müəyyən edib. Dörd fərqli antik dövrdən qalan 137 mumiyaya tətbiq olunan kompüterli tomoqrafiya nəticələrində, mumiyaların təxminən üçdə birində ürək damar xəstəliklərinə rast gəlinib. Misir, Peru, Cənub-Qərbi Amerika Alyaskanın Aleutian Adalarında olan mumiyaları araşdıran elm adamları, 47 mumyada damar daxilində əhənglənmə təyin edib. Damar sərtliyinə rast gəlinən mumiyaların çox böyük bir hissəsinin yaşlı şəxslərə aid olduğuna işarə edən tədqiqatçılar, bu kəslərin ölümünə hər hansı bir ürək narahatlığının yol açıb açmadığının isə bilinmədiyini qeyd edib.