news Image
2013.03.13
17:01
| A A A
Yeni böcəklər tapılıb

Movqe.az xəbər verir ki, ABŞ-ın Montana Universitetinin tədqiqatçıları yeni bir kəşfə imza atıb. Onlar yalnız burada yaşayan və böyük buynuzları olan böcəklər üzərində araşdırma aparıb. Onların fikrincə böcəklərin buynuzları qiymətlidir və onları daşımaq da çətindir. Tədqiqatın nəticələri Proceedings of the Royal Society B: Biological Sciences"də dərc olunub. "Kərgədan buynuzlar" adlandırılan bu böcəklərin buynuzları heyvanlar aləmində silah rolunu da oynayır. Erkək böcəkləin buynuzları onların bədənlərinin üçdə iki hissəsini təşkil edir. Erkək böcəklər bu buynuzlarını daha çox özlərini digər erkək böcəklərdən və başqa təhlükələrdən qorumaq üçün istifadə edirlər.