Əlaqə Arxiv
news Image
2013.03.13
17:21
| A A A
Ağ Evə hakker şoku
Movqe.az xəbər verir ki, ABŞ-da kompüter piratları, aralarında Mişel Obama, vitse-prezident Biden Beyons kimi müğənnilərin olduğu 17 məşhur nəfərin kredit kartı məlumatlarını internetdə yayımlayıb. Virtual dünyada bir çox nəfərin şəxsi məlumatlarını ələ keçirən hakerlərin son hədəfi ABŞ-da siyasət, əyləncə dünyasının məşhurları olub. Hələ şəxsiyyəti təsbit edilə bilməyən bir hakker, aralarında First Lady Mişel Obama, vitse-prezident Coe Biden, keçmiş Xarici işlər Naziri Hilari Klinton, TV ulduzu Kim Kardaşian, müğənni ər-arvad Beyons Jay-Zinin olduğu 17 nəfərin kredit kartlarının fərdi məlumatlarını əldə edib. FBI, istintaq başladıb. Xəbərlərə görə hakkerlər, diqqətlə seçdikləri məşhurların sosial sığorta nömrələri, daşınmaz hesabları, bank hesabları, avtomobil kredit hesabları kredit kartı məlumatlarını aşkar edib. FBI rəhbəri Mueller, Paris Hilton, Aşton Kutcher, Britney Spirs, Mel Gibson, qadın siyasətçi Sarah Palin, Hulk Hoqan aktyor-keçmiş Kaliforniya qubernatoru Arnold Şvarzenegger iş adamı Donald Trumpunun da siyahıda olduğu qeyd edilib.
Sizin Reklam Yeriniz