Əlaqə Arxiv
news Image
2017.12.12
15:56
| A A A
Yaponiyada başa çatmaqda olan ilin rəmzi seçilib

Yaponiyada hər il başa çatmaqda olan ilin rəmzi seçilir və 2017-ci ildə bu “şimal” mənasını verən işarə olub.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, ənənəyə görə, cari ilin rəmzi Kiotodakı “Kiyomicu-dera” buddist məbədinin rəhbəri tərəfindən böyük fırça və tuş vasitəsilə kağız tablo üzərində çəkilib və bu, NHK telekanalı tərəfindən canlı yayımlanıb.

“Şimal” rəmzinin seçilməsi əsasən Şimali Koreya tərəfindən həyata keçirilən və Yaponiyada böyük narahatlıq yaradan raket sınaqları ilə əlaqələndirilir.

Yaponiyada ilin rəmzi olan ieroqiliflərin seçilməsinə 1995-ci ildən başlanıb.

Sizin Reklam Yeriniz