Əlaqə Arxiv
news Image
2013.03.15
17:55
| A A A
Məscidi-Nəbəvi daha geniş olacaq

Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Məscidi-Nəbəvinin genişlənmə işlərinin 2 ildə tamamlanması nəzərdə tutululduğu bildirilib. Movqe.Az-ın məlumatına görə, Mədinə şəhərində yeniliklər və Məscidi-Nəbəvinin genişləndirilməsi üçün layihə hazırlandığı və bu layihənin 37.5 milyard dollara başa gələcəyi bildirilib. Yeni mənzil tikintisi, sağlamlıq, təhsil, yol və digər sahələrdə infrastruktur sərmayələrinin də planlaşdırıldığı layihə çərçivəsində Məscidi-Nəbəvinin 1.6 milyon adamın ibadət etməsinə imkan verəcək şəkildə genişləndirilməsi nəzərdə tutulur. Mədinə layihəsinin Kral Abdullah tərəfindən təsdiq edildiyi bildirilib. Digər tərəfdən, "2013 İslam Mədəniyyət Paytaxtı Mədinə"də olan vəliəhd Şahzadə Salman min Əbdüləziz, həyata keçiriləcək layihələri və Məscidi-Nəbəvinin genişləndirilməsinə yönəlik işləri araşdırıb.



Sizin Reklam Yeriniz