news Image
2012.04.27
12:22
| A A A
"Volkswagen" və "Chrysler" avtomobillərinin sıçrayışı
Mövqe.az BBC-yə istinadən bildiri ki, Avtomobil nəhəngləri Volkswagen və Chrysler avtomobil bazarındakı canlanma səbəbiylə ilin ilk aylarındakı gəlirlərində yüksək artım əldə ediblər.
Alman avtomobili Volkswagendən gələn qazanc keçən ilin eyni vaxtı ilə müqayisədə ikiqat artaraq 4,2 milyard dollar olub.
Artıq İtalyan "Fiat"ın nəzarətində olan Chrysler isə 473 milyon dollar ilə son 13 ilin ən yüksək gəlirini əldə edib.
Audi, Skoda, Seat və Bentley markalarını da çıxaran Volkswagen, bütün bölgələrdə satışlarının artması nəticəsində müştərilərə təslim etdikləri vasitə sayının 11,1 faizə qalxması və gəlirin 2,2 milyona çatdığını bildirib.
Volkswagenə tələbat xüsusilə Rusiyada daha çoxdur.Bu ölkədəki satışlar 77 faiz artaraq 66 min ədədə yüksəlib.
Bu müsbət inkişaf səbəbi ilə Frankfurt birjasında Volkswagenin hissələri 5 faiz dəyər qazanıb.

Ziba Yusifova

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs