news Image
2013.03.17
15:52
| A A A
"Soyuz" Yerə qayıdıb
Movqe.az xəbər verir ki, Beynəlxalq Kosmos Stansiyasında (UUİ) 144 gün qalan 1 Amerikalı astronavt ilə 2 Rus kosmonavtı daşıyan kosmos vasitəsi "Soyuz" Qazaxıstana etibarlı bir şəkildə enib. NASA-vəzifəli Kevin Ford kosmonotlar Oleq Novitski ilə Yevgeni Tarelkini daşıyan Rusiya istehsalı "Soyuz"un, UUİ-dən ayrılaraq 4 saat davam edən səfərinə başladığı qüsursuz bir eniş reallaşdırdığı bildirilib. "Soyuz"un Yerə dünən enməsi planlaşdırılmış, lakin əlverişsiz hava şərtlərindən ötəri eniş 1 gün gecikdirilərək bu günə alınmışdı. NASA-ya aid televiziya kanalında Yerə eniş canlı yayımlanan astronavtların, vasitədən enərkən gülümsədikləri görülüb. UUİ-də hazırda 3 astronavtın olduğu əlavə 3 astronavtın stansiyaya göndəriləcəyi məlum olub.