news Image
2018.01.13
17:30
| A A A
Siçanlar bankomata soxularaq pulları yedilər

Qazaxıstanın paytaxtı Astanada siçanlar banklardan birinin bankomatına girərək oradakı pulları yararsız hala salıblar.

Movqe.az-ın  qafqazinfo-ya istinadən xəbər verir ki, həmin görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bank yaydığı açıqlamasında siçanların bankomatlardan birinin kasetindəki pulları yararsız hala salmasını təsdiqləyir. Rəhbərlik son vaxtlar paytaxtda müşahidə olunan soyuq hava şəraiti ilə əlaqədar olaraq gəmiricilərin bankomatlara sığındığını bildirib. Eyni zamanda, gəmiriciləri heç bir təhlükə gözləmədiyini açıqlayıb. 

Bank dəyən zərəri açıqlamasa da, yerli KİV məbləğin 100 min tenqe (təxminən 300 dollar) olduğunu yazır. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs