Əlaqə Arxiv
news Image
2013.03.23
12:35
| A A A
Alimlərdən yeni kəşf
Alimlər insult barədə əvvəlcədən xəbər verən cihaz kəşf ediblər Tibbi yeniliyin prototipinin10 elektrodla papaq şəklində insanın dərisinə bərkidiliməyi nəzərdə tutulub The Daily Mail-in yazdığına görə, İsrail alimləri insultun olacağı barədə insanı əvvəlcədən xəbərdar edən mükəmməl bir cihaz hazırlayıblar.

Neurokeeper adlanan bu cihaz xarici quruluşuna görə, papağa bənzəyir. Ona dəriyə bərkidilən 10 elektrod yerləşdiriblər. Elektrodlar elektroensefaloqramma çəkərək, beynin elektrik aktivliyinin yoxlayırlar. Qan axını pozulduğu halda, beynin elektrik axınının aktivliyi dəyişilir ki, bu da insultun yaxınlaşdığından xəbər verir.

Müvafiq mənfi dəyişikliklər elektroensefaloqrammada qeyd olunur və cihaz xəstəni dərhal xəbərdar edir ki, "təcili yardım"çağırsın. Məlum olduğu kimi, insult zamanı qurtuluş, hər artıq dəqiqədə ola bilər.

Bu cihaz, əsasən, bir dəfə insult keçiən insanlar üçün nəzərdə tutulub. Çünki, onlar yüksək risk qrupuna daxildirlər. Neurokeeper, xüsusilə, gecə vaxtı, xəstə yatdığı və insultun ilk əlamətinin buraxıldığı vaxt faydalıdır.

Hələki, "insultəleyhinə papaq"-ın yalnız, prototipi yaradılıb. Belə bir cihazın dəyəri 150 funt sterlinq (200 dollar) həcmində qiymətləndirilir. Yeni məhsul isə, satışa iki il ərzində çıxarılacaq.

Sizin Reklam Yeriniz