news Image
2013.03.24
11:53
| A A A
Makiyajınız saçınızla uyğundurmu?
Gözəl görüntü üçün makiyajın saçla uyğun olması vacibdir. Qara saçlı xanlmlar, gözələrini qara qələmlə vurğulasın!
Qara saçlara sahib olan və əsmər xanımlar, gözlərini ön plana çıxara bilən makyaj etməlidir. Qara qələmlə və eyeliner ilə gözlərini daha dərin və mənalı göstərən makiyaja üstünlük verməlidirlər. Açıq rəngli ənlik və dodaq boyası gözəlliklərinə daha bir gözəllik qatacaq.

Sarı saçlı xanımlara çəhrayı dodaq boyaları çox yaraşır.
Sarı saçlı və ağ dərili xanımlar makiyaj edərkən pastel tonlarına üstünlük verməlidir. Bu tonda olan saç və ağ dərili xanımlara ən çox boz, mat göz kölgələri və çəhrayı rəngli dodaq boayaları yaraşır. Bu rənglər sarışın xanımları daha əlvan və canlı göstərir.

Qəhvəyi saçlı xanımlar parlaq tonlara üstünlük verməlidir!
Qəhvəyi saçlı xanımlar və tünd dərili xanımların makiyajı isə parlaq tonlarda olmalıdır. Dodaqlarda daha çox diqqət çəkən boyalardan istifadə etməlidirlər. Gözlərə isə qızılı tonlarında kölgələr çəkə bilərlər.

Kürən xanımlar
Kürən xanımların gözəl görünməyini təmin edən əsas vasitə çəhrayı ənlikdir. Shakiranın uzun və kürən saçlarını xatırlayırsınızmı? Ağ dərili və kürən saçlara sahib olan xanımlar eyni ilə Shakira kimi makiyaj etməlidir. Çəhrayı rəngli ənlik onları daha cazibədar göstərir. Gözlərini isə tünd qələmlə vurğulamaq daha məqsədə uyğun olardı. Dodaq bayolarında ən çox tünd rənglərə üstünlük verməlidirlər.