news Image
2013.03.27
17:27
| A A A
İntihar hadisələri və epidemiyada artım müşahidə olunub

Avro böhranının baş aldğı Yunanıstan, İspaniya və Portuqaliya kimi ölkələrdə epidemiya xəstəliklər və intihar hadisələrində sürətli artım görüldüyü bildirilib. Movqe.Az-ın məlumatına görə, Yunanıstanda bir il içində intihar hadisələrində 40 faiz artım olub. Avropa bölgəsindəki maliyyə böhranının vurduğu ölkələrdə, sağlamlıq mövzusunda bir araşdırma edən tibb jurnalı "The Lancet" qorxunc bir gerçəyi ortaya çıxarıb. "The Lancet"in araşdırmasına görə, maliyyə böhranı sonrası başda sağlamlıq olmaqla bir çox sahədə qənaət etmək məcburiyyətində qalan Yunanıstan, İspaniya və Portuqaliya kimi AB üzvü ölkələrdə, xalq böyük sağlamlıq problemləriylə qarşı-qarşıyadır. "The Lancet" jurnalı araşdırmanı Dünya Sağlamlıq Təşkilatı və Avropa Sağlamlıq sistemləri və səhiyyə siyasəti quruluşu ilə ortaq reallaşdırıb. Araşdırmaya görə, Avropa ölkələrində rast gəlinməyən "​​qızdırma" kimi epidemiya xəstəliklərində artım olub. Hesabatda, maliyyə böhranı sonrası işini və sərvətini itirən yüzlərlə adamın böhrana girərək həyatına son verdiyi qeyd edilib. Yunanıstanda 2011-ci il intihar hadisələrində bir il əvvəlkinə görə 40 faiz artım olub.