news Image
2013.03.29
17:20
| A A A
"Galaxy S4"ün qiyməti açıqlanıb
Samsungun maraqla gözlənilən, "iPhone"nu geridə qoyacağı deyilən "Galaxy S4" modeli, aprel ayının 16-sı Amerikada satışa çıxacaq. Movqe.Az-ın məlumatına görə, Martın 15-i Nyu Yorkda tanıdılan S4, iki illik müqavilə ilə 249 dollardan satılacaq. "Apple"ın son telefonu "iphone 5" ilə müqayisə olunan "Galaxy S4", xüsusiyyətləri ilə hələ məlum olmasa da, qiyməti ilə çoxdan "iphone 5"i keçib. Xatırladaq ki, "iphone 5" ABŞ-da 2 illik müqavilə daxilində 200 dollardan satışa təqdim edilib.