Əlaqə Arxiv
news Image
2013.04.03
16:57
| A A A
Və bu da “Facebook” telefonu

4 apreldə təqdimatının reallaşması gözlənilən "Facebook" markalı telefonun proqram təchizat detalları məlum olacaq. Movqe.Az -ın məlumatına görə, "Facebook"un rəsmi dəvtnaməsində yazılan "Come See Our ​​New Home on Android" cümləsi, "Facebook" istifadəçilərinin maraqla gözlədiyi bir ipucuna çevrilməsinə səbəb olub. "Android Police"in yazdığı xəbərlərə görə, "Facebook" telefonunda istifadə edilən Android distributivinin adı "Facebook Home" olacaq"Facebook" tətbiqiylə birlikdə çalışacağı iddia edilən "Facebook Home" əməliyyat sisteminin, "Android Police" tərəfindən kəşf edilən "build.prop" faylının araşdırılması nəticəsində təchizat sistem detalları da məlum olub. Gəlin "Facebook" telefonunun xüsusiyyətlərinə nəzər salaq. "Facebook"un öz adını daşıyan telefonunun istehsalçısı rolunda "HTC"-ni görürük. Məhsulun kod adının "Myst"olduğu öyrənilib. MSM8960 seriyalı cüt nüvəli prosessora sahib olması gözlənilən ağıllı telefonun, 1 GB Ram 4.3 düymlük 720p ekranı, "Touch Wiz" texnologiyasına bənzər bir  4.5 proqramı dəstəkləmiş olacaq. Şəkil video hissəsinə baxdığımız zaman, 5 MP arxa kamera, 1.6 MP-lik ön kamera olacaq. Telefon Androidin "Jelly Bean" versiyasını istifadə edəcək.

Sizin Reklam Yeriniz