news Image
2018.04.20
13:49
| A A A
Gülməyin bilmədiyimiz faydaları

Gülüşün insan üçün faydalı olması çoxdan məlumdur. Lakin alimlər müntəzəm olaraq, gülüşün yeni-yeni müsbət təsirlərini müşahidə edirlər.

Movqe.az  milli.az-a istinadən bildirir ki, mütəxəssislər gülüşün səhhətimizə yaxşı kömək olan 5 faydalı təsirini elan ediblər.

Stressi azaldır

Gülüş əla antidepressantdır. Alimlər sübut ediblər ki, çox gülən insanlarda endorfin hormonu əmələ gəlir ki, bu da stressin orqanizmə təsirinin qarşısını alır.

Ağrıları yüngülləşdirir

Gülüş psixikaya yaxşı təsir göstərir. Həmçinin əqli və fiziki əməyin, məşqlərin səmərəliliyinin artırılmasına şərait yaradır. Bundan əlavə, gülüş ağrı təsirlərini azaldır.

Məmnuniyyət bəxş edir

 

Gülüş insanın sosial həyatına da müsbət təsir göstərir. Ətrafdakılar şən adamla daha həvəslə dostluq edir və ünsiyyət qururlar. Çünki ünsiyyət insana xoşbəxtlik hissi yaşadır. Xoşbəxt insanlar isə daha az xəstələnir və ürək xəstəliklərindən daha az əziyyət çəkirlər.

Yaddaşı möhkəmləndirir

Bu yaxınlarda irimiqyaslı tədqiqat aparan bir qrup Amerika alimi belə nəticəyə gəlib ki, gülüş yaddaşı möhkəmləndirir. Maraqlıdır ki, əgər yaddasaxlama prosesində insan şəndirsə, bu zaman materialın daha asan mənimsənilməsi sübut edilib.

İmmuniteti artırır

İnanmaq çox çətindir, lakin gülüş kəskin respiratorlu virus infeksiyası, qrip və digər xəstəliklərin profilaktikasında əla vasitədir. Bunun səbəbi ondadır ki, gülüşün təsiri ilə əmələ gələn anticisimlər müxtəlif bakteriya və viruslara "hücum edir" və onların çoxalmasına, orqanizmin isə xəstələnməsinə imkan vermir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs