news Image
2013.04.05
16:05
| A A A
ABŞ-da pizza dadı verən pivə peyda olub

Çikaqoda pivə həvəskarı olan bir ailə pizza dadını xatırladan şəxsi içki növünü yaradıb. Daily Star-ın məlumatına görə, amerikalılar bu içkinin bütün dünyanın barlarında satışını təşkil etməyi planlaşlaşdırırlar.  


Tom və Anteanın sözlərinə görə, onlar 10 ildir ki, ev şəraitində pivə hazırlamaqla məşğuldurlar və zaman-zaman həvəskar müsabiqələrdə iştirak ediblər. Axırıncı müsabiqələrin birində qalib gəlmək üçün qeyri-adi dada malik pivə hazırlamaq lazım idi. Bunun üçün onlar pivəyə müxtəlif otlar və ədviyyatlar əlavə ediblər. 

 

" Başlanğıcda biz bu pivəni marinad (turşu) kimi istifadə etmək istəyirdik. Lakin o, elə dadlı alındı ki, həm onda yemək bişirmək, həm də onu yemək ilə içmək qərarına gəldik"- deyə, 49 yaşlı həvəskar pivəbişirən Tom bildirib. 



Tərkibində 4,7 % alkoqol olan bu pivə "Mamma Mia Pizza Beer" adını alıb.