news Image
2018.05.18
13:27
| A A A
Netanyahudan "toyuq rəqsi" - VİDEO

İsrailin baş naziri Benyamin Netanyahu "Avroviziya-2018" mahnı müsabiqəsinin israilli qalibi Netta Barzilay ilə rəqs edib.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı videonu baş nazir öz "Twitter" səhifəsində yerləşdirib.

Müğənnini qəbul edən B.Netanyahu müsabiqədə qələbəyə görə ona minnətdarlığını bildirib və müsabiqədəki çıxışın bir parçası olan "toyuq rəqsi"ni ifa edib.

Qeyd edək ki, N.Barzilay "Avroviziya"da qalib gəldikdən sonra B.Netanyahu gələnilki müsabiqənin Qüds şəhərində keçiriləcəyini bəyan etmişdi.