news Image
2013.04.10
16:29
| A A A
"iPhone 5S" rəngli versiyonlarıyla gələ bilər
Movqe.az xəbər verir ki, "iPhone 5S" rəngli versiyonlarıyla gələ bilər. "Apple"nin maraqla gözlənilən "iPhone 5S" modelinin fərqli rəng variantları ilə gələcəyi söz-söhbətlərini əvvəlləreşitmişdik. Yeni gələn bir iddia isə ümumiyyətlə söylədikləri doğru çıxan Yapon "Macotakara" saytından olub. Sayta görə iPhone 5S'in iPod touch kimi fərqli rəng variantlarının olacağı dəqiqləşib. İddiaya görə iPhone 5S smart telefonun sahib olacağı bu beş rəngdən ikisi qara, digərlərinin isə "iPod Touch" rəngləri kimi çəhrayı, sarı mavi olacaqğı deyilir. Yeni nəsil "iPhone"un İyun ayında gələcəyi deyilir iPhone 5-ə gələn tənqidlərdən sonra Applenin daha diqqət çəkici bir telefon təqdim etməsi gözlənilir. Bu çərçivədə şirkətin müxtəlif rəng variantları təqdim etməsi böyük ehtimal kimi görünür. İyun ayında tanıdılacaq olan "iPhone 5S"in Avqust ayında rəflərdə yerini tapması gözlənilir.